Azərbaycanda "GetContact” mobil tətbiqinə girişə qadağa qoyulub

Azərbaycanda "GetContact” mobil tətbiqinə girişə qadağa qoyulub
7 Fevral 2018
Mətni dəyiş
Bu gündən etibarən azərbaycanlı istifadəçilər arasında böyük əks-səda doğurmuş və geniş müzakirələrə yol açmış "GetContact” mobil tətbiqinə girişə qadağa qoyulub.
Son bir neçə gündə yüzlərlə istifadəçinin yüklədiyi tətbiqin Azərbaycanda bağlanma səbəbi kimi şəxsi məlumatları yaymaqla, məxfiliyi pozması olduğu güman edilir.
Məlumat üçün bildirək ki, "GetContact” mobil tətbiqi vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi
Axtarış sətrinə mobil nömrə daxil etdikdə, istifadəçi həmin abonentin digər şəxslərin telefon kitabçasında qeyd olunan adını görə bilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun