ATƏT DTİHB-nin missiyası vətəndaş cəmiyyəti ilə görüşüb

ATƏT DTİHB-nin missiyası vətəndaş cəmiyyəti ilə görüşüb
22 Fevral 2018
Mətni dəyiş

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri ölkədə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB seçkilərdə Ehtiyacları Qiymətləndirmə Missiyası ilə görüşüb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı seçkilər, seçki mühiti, seçki qanunvericiliyi, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının durumu əsas müzakirə obyakti olub.

A.Qurbanov deyib ki, missiya Azərbaycandakı seçkiöncəsi durumu bilir, “2013-cü ildən sonrakı durumu, 2015-ci ildəki parlament seçkilərilə bağlı durumu, ondan sonrakı vəziyyəti də bilir”.

Müzakirələrdə ümumi olaraq vətəndaş cəmiyyəti institutlarının, medianın basqı altında olması, hakimiyyət bölgüsü prinsipinin daha çox pozulması, seçki komissiyalarının durumu vurğulanıb.

A.Qurbanov hesab edir ki, missiyanın hazırlayacağı hesabat əsasında qərar ATƏT DİTHB-nin seçkilərdə müşahidəyə gəlib-gəlməmsi barədə qərar veriləcək. Əəvvəlki dönəmlərdən fərqli olaraq ATƏT-in Parlament Assambleyasının nümayəndəsi də görüşdə işirak edib və bununla mesajları odur ki, bu dəfə ATƏT vahid səslə danışacaq.

“Görüşdən qənaətim odur ki, ölkədəki vəziyyət onlara kifayət qədər aydındır, aydınlaşdırmaq istədikləri suallara da lazımi cavablar verdik.

Yekun olaraq onların bizdən soruşduqları, əslində isə demokratik camiyyə olaraq bizlərin də indiki vəziyyətdə aydınlaşdırmalı və vahid rəylə səsləndirməli olduğumuz əsas məsələ bu olmalıdır ki, ATƏT-in seçkiləri müşahidəyə gəlməsi demokratiyaya töhfə verəcək yoxsa zərər? Seçki dövrünün yarısının keçdiyi şəraitdə onların gəlişi daha çox kimin işinə yarayacaq?”

Nümayəndə heyətinə DTİHB-nin Seçki Departamentinin rəhbəri Aleksandr Şlik başçılıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun