Allahşükür Paşazadə: "Dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz"

Allahşükür Paşazadə: "Dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz"
14 Fevral 2018
Mətni dəyiş

"İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub".

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb:

"Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur.".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun