2018-ci ilin sonuna qədər daha 700 avtobus kart sisteminə keçəcək

2018-ci ilin sonuna qədər daha 700 avtobus kart sisteminə keçəcək
28 Fevral 2018
Mətni dəyiş

“Bakıda hazırda 22 marşrut üzrə 490 avtobus kart sistemi ilə işləyir. Bu həm sürücülərin, həm də sərnişinlərin işini yüngüllışdirib”.

Bunu jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, sürücülər konkret maaş aldıqlarına və təyin olunan qrafik üzrə işlədiklərinə üçün, artıq plan doldurmamalı, avtobusun sərnişinlərlə dolmasını gözləməməlidirlər.

O bildirib ki, 2018-ci ilin sonuna qədər Bakıda daha 21 marşrut üzrə 700 avtobus kart sisteminə keçəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun