Əziz Əzizov Yasamalın icra başçısı təyin olunub

Əziz Əzizov Yasamalın icra başçısı təyin olunub
2 Fevral 2018
Mətni dəyiş

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək RİH başçısı vəzifəsi boş idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun