Ərdoğan Vatikana səfər edib

Ərdoğan Vatikana səfər edib
5 Fevral 2018
Mətni dəyiş

Fevralın 5-də Türkiyə prezidenti Recep Tayyip Erdogan Vatikana səfər edib.

Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erdoğan səfər çərçivəsində Papa Francis-lə görüşəcək.

Erdoğanla Papa Francis-in görüşü zamanı Qüdsün statusunun, Türkiyə-Vatikan münasibətlərinin, Suriyanın, qaçqın böhranının, terrorçuluğun, ksenofobiyanın və islamafobiyanın müzakirə ediləcəyi gözlənilir.

Türkiyə prezidentinin səfəri ilə əlaqədar olaraq, Romanın mərkəzində etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.

Bu, 1959-cu ildən bu yana Türkiyə liderinin Vatikana ilk səfəridir.

2016-cı ildə Papa Francis 1-ci dünya müharibəsi zamanı ermənilərin Osmanlı əsgərləri tərəfindən öldürülməsini “genosid” adlandırıb.

Rəsmi Ankara həmin qətllərin “soyqırım” adlandırılmasına etiraz edib və papanı “yalan və böhtan” yaymaqda suçlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun