Əli Əhmədov ATƏT DTİHB-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyətini qəbul edib

Əli Əhmədov ATƏT DTİHB-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyətini qəbul edib
22 Fevral 2018
Mətni dəyiş

Fevralın 22-də baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini qəbul edib.

Bildirilir ki, nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Alexander Shlyk görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun