Yuğ teatrının rejissoru 5 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yuğ teatrının ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən rejissoru Sahib Ağabalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Ağabalayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

S. Ağayev avtomobili idarə edərkən yolu keçən piyada İlkin Ağabalayevi vurub. İ. Ağabalayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən S. Ağabalayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.