YAP 2017-ci ildə üzvlərindən 7 milyon manat üzvlük haqqı yığıb

YAP 2017-ci ildə üzvlərindən 7 milyon manat üzvlük haqqı yığıb
19 Yanvar 2018
Mətni dəyiş

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. 

Partiyadan verilən məlumata görə, iclasda YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

Qeyd olunub ki, 2017-ci ildə partiyanın gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Siyasi təşkilatın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, əvvəlki illərin qalıq hesablarından köçürmələr də daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 500 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun