Yalçın İslamzadə AYO-nun yeni sədri seçilib

Yalçın İslamzadə AYO-nun yeni sədri seçilib
7 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 7-də Azad Yazarlar Oçağı (AYO) İdarə Heyyətinin toplantısı keçirilib. Toplantıda təşkilata növbəti bir il ərzində rəhbərlik edəcək müəyyənləşib. 

Təşkilatın yaydığı açıqlamada deyilir ki, publisist Yalçın İslamzadə yaradıcı təşkilatın rəhbəri seçilib.

Toplantıda Yalçın İslamzadə AYO-nun fəaliyyətini canlandıracağını, Alatoran jurnalının nəşrini bərpa edəcəyini, yeni üzvlərin AYO sıralarına cəlb edəcəyini bildirib.

Bu günkü toplantıda publisist, gənc yazını Cavid Ramazanlı təşkilatın sıralarına qəbul edilib.

2001-ci ilin May ayında təsis olunan AYO (Azad Yazarlar Ocağı) 17 ilə yaxındır öz varlığını davam etdirir, öz sıralarında 20-dən artıq yeni dünyagörüşlü yazarı birləşdirir.

Qurumun rəsmi orqnı olan Alatoran jurnalının 18 sayı işıq üzü görüb, alatoran.org və literaz.com saytları fəaliyyət göstərir. Bu illər ərzində AYO-ya Rasim Qaraca, Rafiq Tağı, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Namiq Şaman, Fərican Yarən, Fərhad Yalquzaq rəhbərlik etmişlər.

Nizamnaməyə görə sədrlər 1 il müddətinə seçilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun