Vəkillər həbsxanada müvəkkilləri ilə görüşə buraxılmadıqlarını bildirirlər

Vəkillər həbsxanada müvəkkilləri ilə görüşə buraxılmadıqlarını bildirirlər
12 Yanvar 2018
Mətni dəyiş

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla vəkillərin görüşündəki problem davam edir.

Bu barədə Azadlıq qəzetinə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Vəkilin sözlərinə görə, bu günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müvəkkilləri ilə görüşə gedib, amma yenə heç bir əsas olmadan görüşə şərait yaradılmayıb.

"Artıq ötən ilin sentyabrından bu hal təkrarlanır. Mən və digər həmkarım Aqil Layicova hüquqlarını müdafiə etdiyimiz Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə əlaqə yaratmağa imkan verilmir".

Fəxrəddin Mehdiyev bildirir ki, bu vəziyyət həmin cəzaçəkmə müəssisindəki digər müvəkkillərinin hüquqlarını da pozur.

"Bu müddət ərzində orada saxlanılan, hüquqlarını müdafiə etdiyim Elnur Seyidovla (AXCP sədri Əli Kərimlinin qaynı) görüşümə də imkan verilməyib", - deyə vəkil bildirib.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun