Ukraynada vergi xidmətinin azərbaycanlı başçısı vəzifəsindən çıxarılıb

Ukraynada vergi xidmətinin azərbaycanlı başçısı vəzifəsindən çıxarılıb
31 Yanvar 2018
Mətni dəyiş

Ukrayna hökuməti vergi və gömrük xidmətinin başçısı, milliyyətcə azərbaycanlı Roman Nəsirovu vəzifəsindən azad edib.

Əslində o, 2017-ci ilin martında mənimsəmə işində şübhəli şəxs kimi həbs ediləndən bəri vəzifəsinin icrasından kənarlaşdırılmışdı.

Baş nazir Volodimir Hroysman yanvarın 31-də bildirib ki, Ukraynanın Vəzifəli Dövlət Xidməti Heyətiüzrə Komissiyası Nəsirovun vəzifəsindən çıxarılmasına dair hökumət tövsiyəsini qəbul edib.

Nəsirov fırıldaqçılıq yolu ilə dövlətin 2 milyard hrıvna (70 milyion dollar) vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Nəsirov Ukraynada indiyədək mühakimə edilən ən vəzifəli dövlət rəsmisidir. Kiyev ölkədə dərin kök atmış korrupsiya problemini həll etməsi üçün Birləşmiş Ştatlar, Avropa İttifaqı və başqa donor təşkilatların təzyiqi altındadır.

Nəsirov Milli Antikorrupsiya Bürosu tərəfindən bir sıra vergiödəyənlərə vergidən azad müddət vermək ittihamı ilə həbs edilib. Onun vergidən azad etdiyi şirkətlər arasında 2016-cı ildə barəsində korrupsiya araşdırması başlanandan sonra ölkədən qaçmış millət vəkili də var.

Nəsirov həbs edildikdən sonra zaminə buraxılsa da, electron izləmə bilərziyi taxmalı idi və onun təhqiqat orqanının icazəsi olmadan Kiyevi tərk etməsi qadağan idi.

Qərb rəsmiləri bildirirlər ki, korruopsiya Ukraynanın Rusiyanın təsir dairəsindən çıxmasına mane olur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun