Türkiyədə avtobus qəza törədib: 13 nəfər ölüb, 42 nəfər yaralanıb

Türkiyədə avtobus qəza törədib: 13 nəfər ölüb, 42 nəfər yaralanıb
20 Yanvar 2018
Mətni dəyiş

Türkiyədə Ankaradan Bursaya gedən sərnişin avtobusu qəza törədib.

Türkiyə mətbuatının məlumatına görə, avtobus Əskişəhir ərazisindən keçərkən yolun kənarındakı ağaclara çırpılıb.

Hadisə nəticəsində ən azı 13 nəfər ölüb. Daha 42 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilir.

Qəzaya səbəb kimi avtobusun qarşısına çıxan it göstərilir.

Yaralalılar yerli xəstəxanaya çatdırılıblar. Hadisə yerində polis araşdırma aparır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun