Türkiyə: Afrin əməliyyatına qarşı çıxan 40-dan çox adam həbs olunub

Türkiyə: Afrin əməliyyatına qarşı çıxan 40-dan çox adam həbs olunub
23 Yanvar 2018
Mətni dəyiş

Türkiyənin Suriya sərhəddində başlatdığı hərbi əməliyyatı sosial mediada və televiziya proqramlarında verdiyi tənqidi şərhə görə həbs edilənlərin sayı 40-ı keçib.

Diyarbəkirdə və Ankarada saxlananlar arasında Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Toplum Konqresi (DTK) rəhbərləri və jurnalistlər də var.

Diyarbəkirdə saxlanan DTK rəsmisi Leyla Güvən "xalqı kin və düşmənçiliyə təhrik etməkdə" suçlanır. O, Sterk TV-də bildirib ki, "əgər Afrində bir şey baş verərsə, keçmişdə olduğu kimi ayağa qalxacaqlar".

Diyarbəkirdə oxşar ittihamlarla saxlananların sayı 30-u ötüb. Eyni ittihamlarla Ankarada 10-dan çox adam üzləşib.

HDP-nin Adanadan olan millət vəkili Meral Danış Beştaş baş nazir Binali Yıldırımın cavablandırması tələbi ilə Məclisə sorğu göndərərək həbslərlə bağlı izahat istəyib.

"Hansı qanunda müharibəyə qarşı mübarizə cinayət kimi təfsir olunur?"

Türkiyə ötən həftənin sonu Suriya ilə sərhədində hərbi əməliyyatlara başlayıb, Xalq Müdafiə Birliklərinin (YPG) nəzarətində olan Afrinə doğru irəliləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun