Trump sanksiyaların Şimali Koreyaya təsir etdiyini bildirib

Trump sanksiyaların Şimali Koreyaya təsir etdiyini bildirib
3 Yanvar 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump Şimali Koreyaya tətbiq olunan sanksiyaların bəhrəsini verdiyini bildirib.

Abzas.net xəbər verir ki, ABŞ prezidenti öz "Twitter" səhifəsində sanksiyaların effektivliyini vurğulayıb və artıq təsirini göstərməyə başladığını bəyan edib.

Lakin Trump Şimali Koreyanın Cənubi Koreyayla danışıqlar aparmaq istəməsinin yaxşı və ya pis xəbər olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib:

"Sanksiyalar və başqa təzyiq vasitələri Şimali Koreyaya böyük təsir göstərməyə başlayıb. Əsgərlər Şimali Koreyadan Cənubi Koreyaya qaçır. Raket-adam (Kim Chen In) ilk dəfə Cənubi Koreya ilə danışıqlara getmək istəyir. Bunun yaxşı xəbər olub olmadığını deyə bilmərəm. Bəlkə də yaxşıdır, bəlkə də pis. Baxarıq".

Şimali Koreya prezidenti Kim Chen In ölkənin milli komandasını qış Olimpiya oyunlarına yollamaq istədiyini və bu məqsədlə Cənubi Koreya ilə yüksək səviyyəli danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun