Trump Pakistanı milyardlarla dollarlıq yardımı kəsməklə hədələyib

Trump Pakistanı milyardlarla dollarlıq yardımı kəsməklə hədələyib
2 Yanvar 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump Pakistanı bu ölkəyə milyardlarla dollarlıq yardımı kəsməklə hədələyib və İslamabadı ekstremistlərə sığınacaq verməkdə ittiham edib.

Yanvarın 1-də özünün 2018-ci ildəki ilk tvitində Trump bildirib ki, “Birləşmiş Ştatlar son 15 ildə “axmaqcasına” Pakistana 33 milyard dollarlıq yardım verib və onlar da bizə əvəzində yalanlar və aldatmadan başqa heç nə verməyərək bizim liderlərimizin axmaq adamlar olduğunu düşünüblər”.

Trump yazıb: “Onlar bizim Əfqanıstanda axtardığımız terrorçulara sığınacaq veriblər…Daha bəsdir!”

Trump-ın indi birdən birə Pakistana mesaj göndərməsinin səbəbi aydın deyil, amma o əvvəllər də İslamabadı “xaos agentlərini” dəstəkləməkdə ittiham edib və Pakistandan Taliban və Haqqani şəbəkələrinə qarşı hərəkətə keçməyi tələb edib.

Trump ötən avqustda özünün Əfqanıstan strategiyasını açıqlayandan bəri Pakistan-Əfqanıstan sərhədində ABŞ-ın dron zərbələri nəzərəcarpacaq dərəcədə artıb.

Dekabrın 21-də Kabuldakı prezident sarayında prezident Ashraf Ghani və icra hakimiyyətinin başçısı Abdullah Abdullahla görüşən ABŞ vise-prezidenti Mike Pence çox kəskin sözlər işlətmiş və demişdi ki, Pakistan ABŞ-la işləməkdən daha çox çox qazanar, nəinki “caniləri və terrorçuları” himayə etməkdən.

O vaxt Pence demişdi ki, Trump Pakistanı diqqətdə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun