Siyasi məhbusların yenilənmiş siyahısında 161 nəfər var

Siyasi məhbusların yenilənmiş siyahısında 161 nəfər var
15 Yanvar 2018
Mətni dəyiş

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Azərbaycanda siyasi məhbuslar siyahısını yeniləyib.

SMMM-nin Abzas.net-ə "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevdən daxil olan məlumatında deyilir ki, siyasi məhbuslar siyahısına siyasi mühacir, jurnalist Türkel Azərtürkün bacanağı Emin Saqiyevin, Müsavat Partiyasının Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudovun və yenidən həbs edilmiş keçmiş hicab məhbusu Elşən Abbasovun adları daxil edilib.

Xatırladaq ki, Saqiyev qanunsuz narkotik dövriyyəsi, Xurşudov xuliqanlıq ittihamı ilə həbs edilib, Abbasov isə qanunsuz narkotik və silah saxlamaqda ittiham olunur.

Amma hüquq müdafiəçiləri əmindirlər ki, onlar siyasi sifarişlə və uydurma ittihamlar əsasında həbs edilib. Beləliklə, siyasi məhbusların sayı 161 nəfərə çatıb.

Həmçinin, hüquq müdafiəçiləri Kanadada mühacirətdə olan uşaq hüquqları müdafiəçisi Sahib Teymurovun qardaşı Tahir Teymurovun işini tədqiq edirlər.

SMMM-nin iclasında həmçinin jurnalist Əfqan Muxtarlı və Nardaran hadisələri üzrə həbs edilmiş iki qrup barəsində hökmlər pislənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun