Şimali Koreya bütün koreyalılara müraciət etdi

Şimali Koreya bütün koreyalılara müraciət etdi
25 Yanvar 2018
Mətni dəyiş
Şimali Koreya hökuməti bütün koreyalılara müraciət ünvanlayıb.

Müraciətdə Pxenyanla Cənub arasındakı hərbi gərginliyin azaldılmasına çağırış edilib.

Məlumatda bildirilir ki, Koreya xalqının birləşdirilməsi ən vacib məsələdir. Bununla yanaşı, qeyd edilir ki, Şimali Koreya və Cənubi Koreya ölkələrin birləşdirilməsi barədə müstəqil qərar qəbul etməlidirlər. Üçüncü tərəfin bu məsələyə daxil olması yolverilməzdir.

Şimali Koreya hökuməti nüvə və raket proqramı ilə bağlı tənqidləri azaltmaq lazım olduğunu bildirir. Bu proqramlar Şimal və Cənub arasında münasibətləri bərpa etməyə mane olmur.

Bununla yanaşı, Koreya xalqı ABŞ-a qarşı mübarizəyə çağırılır. ABŞ nüvə müharibəsini qızışdıran tərəfdir.

Şimali Koreya eyni zamanda Cənubla humanitar və siyasi əlaqələri bərpa etməyi təklif edir. Siyasi partiyalar arasında da əlaqələrin möhkəmləndirilməsi vacibdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun