Rusiyada məktəbdə daha bir insident baş verib: 7 nəfər yaralanıb

Rusiyada məktəbdə daha bir insident baş verib: 7 nəfər yaralanıb
19 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 19-da Rusiyanın cənub-qərbindəki Sibir vilayətində yeniyetmə şagird bir qrup azyaşlı şagirdə baltayla hücum edib.

Səhər saatlarında, Buryatya regionunda yerləşən Sosnovy Bor kəndində baş verən hadisə zamanı 9-cu sinif şagirdi 7-ci sinif şagirdlərinə və müəllimə baltayla hücum edib. Bundan əlavə, o məktəbə yandırıcı maye doldurulmuş qab atıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin yerli bölümünün nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Hadisə nəticəsində 6 şagirdin və 1 qadının yaralandığı bildirilir.

Son məlumata görə, hadisəni törədən şagird saxlanılıb.

Bu son günlər Rusiyada baş vermiş 2-ci anoloji hadisədir. Belə ki, yanvarın 15-də Perm şəhərində məktəbdə kütləvi dava olmuşdu. Dava zamanı bıçaqla baş vermiş hücum nəticəsində 12 nəfər yaralanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun