Ronaldinyo futbol karyerasını başa vurur

Ronaldinyo futbol karyerasını başa vurur
17 Yanvar 2018
Mətni dəyiş
Əfsanəvi futbolçu Ronaldinho futbol karyerasını başa vurur.

Karyerasında iki illik fasilədən sonra Ronaldinyo rəsmi olaraq idmanı tərk etdiyini bildirib.

37 yaşlı futbolçunun qardaşı Roberto de Assiş bəyan edib ki, "Barselona" klubu və Braziliya millisinin yarımmüdafiəçisi bundan sonra futbol meydançasında simvolik fiqur kimi peyda ola bilər.

"Globo" nəşriyyatı Robertonun müsahibəsini verib: "Ronaldinho karyerasını başa vurdu. Artıq bitdi. Ola bilər ki, 2018-ci ilin dünya çempionatından sonra nəsə düşünək. Braziliya, Avropa və Asiyada tədbirlər təşkil edə bilərik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun