REAL qurultayının Tbilisidə keçiriləcəyi ilə bağlı məlumata aydınlıq gətirib

REAL qurultayının Tbilisidə keçiriləcəyi ilə bağlı məlumata aydınlıq gətirib
11 Yanvar 2018
Mətni dəyiş

"Bəzi saytlarda REAl Hərəkatının qurultayının Tbilisidə keçirilə biləcəyi barədə xəbər buzim üçün də sürpriz oldu".

Bu sözləri REAL Hərəkatının icra katibi Natiq Cəfərli Turan-a açıqlamasında bildirib. Onun sözlərinə görə, çox güman ki, bəzi REAL-çıların sosial şəbəkələrdə tədbirin Gürcüstanda, Ukraynada, Türkiyədə keçirilməsi ilə bağlı yazılarından, təklif kimi təqdim etdikləri şərh və statuslardan belə bir xəbər düzəldiblər.

"Biz qurultayın ölkə qanunları çərçivəsində keçirilməsində israrlıyıq, bunun üçün çalışmalarımızı davam etdirəcəyik. Ölkədə AXCP, Musavat və digər siyasi partiyalara qurultay üçün yer verilib, REAL-a qarşı belə aqressiv münasibət onu göstərir ki, hakimiyyət sistemdənkənar, İlqar Məmmədov kimi nüfuzlu liderin ətrafında yaranan yeni siyasi təşkilatın qurulmasını istəmir", - N.Cəfərli qeyd edib.

O, Azərbaycan Xalq Cümhuriyyətininin 100 illiyində ölkə ərazisində, ölkə qanunlarına uyğun partiyanı təsis etməyə çalışacaqlarını bildirib.

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi (TK) partiyanın I təsis qurultayının 2017-ci il oktyabrın 29-da keçirilməsi ilə bağlı qərar vermişdi. Təşkilat Komitəsi qurultayın keçirilməsi üçün yer vervilməsi xahişi ilə Bakıda çoxsaylı otellərə, klublara, ictimai yerlərə, o cümlədədn Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də buna imkan yaradılmamışdı. Bundan sonra Təşkilat Komitəsi qurultayı dekabrın 17-də Müsavat Partiyasının qərargahında keçirnək istəyib. Buna da imkan verilməyib.

REAL-ın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazlardan sonra həbs edilib. O 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbs cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ildə bu qərara gəlib ki, İ.Məmmədov cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsində əsas məqsəd hökuməti tənqid etdiyinə görə cəzalandırılması və ya susdurulması olub.

AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cı maddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.

Bununla əlaqədar Avropa Şurası Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.

Nazirlər Komitəsi Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun