“Qızıl qlobus”un qalibləri bəlli olub

“Qızıl qlobus”un qalibləri bəlli olub
8 Yanvar 2018
Mətni dəyiş

Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.

Martin McDonagh "Three Billboards Outside Ebbing, Missouri" ("Ebbinq, Missura sərhədində 3 bilbord") filmi “Ən yaxşı dramatik film” nominasiyasında qalib olub. Bu film eyni zamanda daha 3 mükafata layiq görülüb.

“Qızıl qlobus” mükafatını “Ən yaxşı rejissor” nominasiyası üzrə Guillermo del Toro əldə edib.

“Ən yaxşı aktyor” nominasiyasında “Qaranlıq zamanlar” filminə görə Gary Oldman, “Ebbinq, Missura sərhədində 3 bilbord" filminə görə isə Frances McDormand qalib olublar.

Həmçinin, "Lady Berd" filmi "Ən yaxşı komediya filmi", "Big little lies" (Ən böyük balaca yalan) ekran tamaşası isə "Ən yaxşı mini-serial" seçilib.

"Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun