Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında tədbirlər planı imzalanıb
19 Yanvar 2018
Mətni dəyiş

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2018-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Ombudsman təsisatı və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, eləcə də insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə bir sıra görüşlər keçiriləcəkdir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və Ombudsman Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə təşkil olunacaq tədbirlərdə bir çox məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun