Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.
Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu 1987-ci il təvəllüdlü Adibek Mikoyan güllə yarası alıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan A. Mikoyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını bildirib.