Mikayıl Cabbarov Fazil Məmmədovun qudasını müddətsiz məzuniyyətə göndərib

Mikayıl Cabbarov Fazil Məmmədovun qudasını müddətsiz məzuniyyətə göndərib
10 Yanvar 2018
Mətni dəyiş

Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib. 

Məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavin təyin olunacaq. Bu vəzifəyə hazırda təhsil nazirinin müavini olan Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun