"Mançester Yunayted"-in əfsanəsi Uels yığmasının baş məşqçisi təyin olunub

"Mançester Yunayted"-in əfsanəsi Uels yığmasının baş məşqçisi təyin olunub
15 Yanvar 2018
Mətni dəyiş
Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub. Bu barədə Britaniya KİV-i məlumat yayıb. Bildirilir ki, Uels yığmasını bundan sonra "Mançester Yunayted"-in əfsanəvi yarımüdafiəçisi Ryan Giggs çalışdıracaq. Uels yığmasının sabiq kapitanının millinin sükanı arxasına keçidi bugün rəsmiləşəcək. Giggs-lə bərabər bu posta namizədlər arasında Uels yığmasının daha bir keçmiş ulduzu Craig Bellamy, Thierry Henry və Tony Pulis yer alırdı. Lakin sonda Uels Futbol Assosiasiyası Giggs-i seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun