Macron Çinə səfər edib

Macron Çinə səfər edib
8 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 8-də Fransa prezidenti Emmanuel Macron Çinə  səfər edib. Bu Macron-un Fransa prezidenti kimi Çinə ilk səfəridir.

Məlumata görə, səfər çərçivəsində o, Çin prezidenti Xi Jinping görüşəcək.

Daha sonra, Macron-la Xi Jinping-in ticarət, dünyadakı münaqişələri və iqlim dəyişikiyini müzakirə edəcəyi gözlənilir.

Macron Çin prezidentinə hədiyyə gətirməyi də unutmayıb. O, Xi Jinping-ə Vezuvi adlı at hədiyyə edib.

Bu səfərdən öncə Macron-la ABŞ prezidenti Donald Trump arasında telefon danışığı olub. Telefon danışığı zamanı Şimali Koreya və İrandakı vəziyyət müzakirə predmeti olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun