KİV: “Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır

KİV: “Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır
16 Yanvar 2018
Mətni dəyiş

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres futbolçu Cristiano Ronaldonu satmağa hazırdır.

Madrid təmsilçisinin rəhbəri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşdən təkliflər gözlədiyini və onun müştərisini satmağa hazır olduğunu bildirib. Bir müddət əvvəl AS nəşri 33 yaşlı hücumçunun da “Real Madrid”i tərk etmək istədiyini yazıb. Təcrübəli forvard Peresin onun məvacibi artırmamasından narazıdır. Portuqaliyalının xidmətində Fransanın PSJ klubunun maraqlı olduğu bildirilir.

“Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 19 xal geri qalır. Ronaldu ölkə çempionatında iştirak etdiyi 14 matçda 4 qol vurub.

Cristiano Ronaldo 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun