"İrəli"nin sədri Karate Federasiyasının baş katibi təyin edilib

"İrəli"nin sədri Karate Federasiyasının baş katibi təyin edilib
11 Yanvar 2018
Mətni dəyiş

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub. 

AMKF-in prezidenti Yaşar Bəşirovun verdiyi məlumata görə, məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.

M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.

Mirhəsən Seyidov 2014-cü il iyunun 27-də “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun