Göygöldə həbs edilmiş Rusiyalı astronom azad edilib

Göygöldə həbs edilmiş Rusiyalı astronom azad edilib
17 Yanvar 2018
Mətni dəyiş

Yanvarın əvvəlində Azərbaycanda həbs edilmiş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi əməkdaşı Dmitri Chulkov azad edilib.

Chulkov-un artıq ölkəsinə qayıtdığı bildirilir.

Bir müddət əvvəl anası oğlunun yanvarın 3-də birbaşa reyslə Moskvadan Bakıya getdiyini bildirib. İki gün sonra o, 50 km məsafədə və cəbhə xəttinə yaxın (Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin şimal hissəsi) yerləşən Göygölü ziyarət etmək qərarına gəlib. Bundan sonra onunla əlaqə kəsilib.

Sonradan məlum olub ki, o, hərbi hissə yaxınlığında hərbiçilər tərəfindən saxlanılıb. Dünən Azərbaycanın hüquq-mühafizə orqanları bildirib ki, Çulkov hərbiçilərin tələblərinə tabe olmayıb və buna görə 10 gün inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra o azad edilib.

RF-nin Bakıdakı səfirliyindən Çulkovun azad edilməsi barədə məlumatı təsdiq ediblər. "Bizdə olan məlumata görə, Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir", deyə Rusiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Denis Apaşkin Turan-a bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun