Fransa prezidenti: “Qarabağ üzrə kompromis “cəsarətli” olmalıdır”

Fransa prezidenti: “Qarabağ üzrə kompromis “cəsarətli” olmalıdır”
24 Yanvar 2018
Mətni dəyiş

"Qarabağ üzrə kompromis "cəsarətli" olmalıdır", - Fransa prezidenti Makron bu ölkədə işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə bildirib.

"Sülhü təbliğ etməyin necə çətin olduğunu bilirəm. Odur ki, istəyirəm Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri konkret nəticə ilə başa çatsın", - Arminfo agentliyi Makrondan sitat gətirib.

Bununla yanaşı, Fransa prezidenti münaqişə tərəflərinin hər görüşünü müsbət qiymətləndirib, Fransa, Rusiya və ABŞ-ın vasitəçilik səylərinin uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun