Dünyanın ən zəngin adamı müəyyənləşib

ABŞ-ın “Amazon” şirkətinin sahibi Jeff Bezos bir müddətlik fasilədən sonra, yenidən dünyanın ən zəngin adamı olub.

“Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. Siyahıda ilk yeri ABŞ-ın “Amazon” şirkətinin sahibi Jeff Bezos tutub.

Yanvarın ayının əvvəlinə olan rəqəmlərə görə, Bezos-un sərvəti 105.1 milyard dollar təşkil edib. Bezos-un 79 milyon səhminə sahib olduğu “Amazon.com”-un bir səhminin dəyəri 1246 dollar təşkil edib.

İlk üçlüyün növbəti pillələrində müvafiq olaraq 93.3 milyard dollarla Bill Gates və 87.2 milyardla Warren Buffett qərarlaşıblar.

Siyahının 4-cü pilləsində 77.5 milyard dollar sərvətə sahib olan “Facebook”-un yaradıcısı Mark Zuckerberg yer alıb.

“Zara” şirkətinin sahibi Amancio Ortega 76 milyard dollarla ilk beşliyi tamamlayır.

Əvvəlki məqaləMN: “Atəşkəs rejimi 122 dəfə pozulub, iriçaplı pulemyotlardan istifadə edilib”
Növbəti məqalədəDaha 3 məhkum ölüb