Dmitri Peskov: "Kreml hesabatı"nı diqqətlə təhlil etmək lazımdır"

Dmitri Peskov: "Kreml hesabatı"nı diqqətlə təhlil etmək lazımdır"
30 Yanvar 2018
Mətni dəyiş

"ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "Kreml hesabatı"nı diqqətlə təhlil etmək lazımdır, sonra münasibət bildirmək olar".

RİA "Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, siyahı dərc olunana qədər daha ətraflı şərh verməkdən imtina edib.

D.Peskov bildirib ki, belə siyahının dərc edilməsi potensial olaraq adları siyahıda qeyd olunan iş adamları və siyasətçilərin imicinə zərər verə bilər. O, siyahıya yanaşmanı "ümumiləşdirmiş" adlandırıb və fikrini orada Rusiyanın bütün rəhbərliyinin yer alması ilə izah edib.

Prezidentin mətbuat katibi özünün siyahıya düşməsinə isə laqeyd yanaşır.

ABŞ Maliyyə Nazirliyi Konqresə "Kreml hesabatı" təqdim edib. Sənəddə 210 ad - Rusiyanın 114 yüksək çinli məmuru və dövlət şirkətlərinin rəhbərləri, o cümlədən 96 oliqarx yer alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun