Daha iki bankın əmlakları hərraca çıxarılıb

Daha iki bankın əmlakları hərraca çıxarılıb
11 Yanvar 2018
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Texnikabank” ASC və “Yunayted Kredit Bank” ASC-nin əmlaklarını hərraca çıxarır.

ADİF-dən "Ölkə.Az"a verilən məlumata görə, banklara məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı hərrac keçirilir.

Hərracda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.

“Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250 və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır.

“Texnikabank”-ın iki, "Yunayted Kredit Bank”-ın isə bir (1) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir. "Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250  və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun