"Barselona" tarixinin ən bahalı transferini etdi

"Barselona" tarixinin ən bahalı transferini etdi
7 Yanvar 2018
Mətni dəyiş

"Barselona” futbol klubu "Liverpul”un yarım müdafiəçisi Filipo Koutinyonu  rekord qiymətə transfer edib. Bu barədə goal.com məlumat yayıb.

Məlumata görə, İspan klubu "Liverpul"a 120 milyon avro ödəyəcək. Daha 40 milyon avro isə bonus şəkilində veriləcək.

Açılqmada deyilir ki, transfer qısa müddətdə rəsmiləşəcək. Braziliyalı futbolçu 5,5 illik müqavilə imzalayacaq.

"Barselona" tarixinin ən bahalı futbolçusu olacaq Kountinyo Neymar və Kilian Mbappedən sonra dünyanın ən bahalı üçüncü transferi kimi tarixə düşəcək.

2013-cü ildə 10 milyon avroya "Liverpul"a transfer olunan Kountinyo İngiltərə klubunda 201 rəsmi oyuna çıxaraq 54 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun