Bağlanan bankların əmlakları hərraca çıxarılır

Bağlanan bankların əmlakları hərraca çıxarılır
20 Yanvar 2018
Mətni dəyiş

Ləğv prosesində olan bir sıra bankların əmlakları Bakıda hərraca çıxarılıb.

Hərraclar Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə jəyata keçirilir.

Fondun məlumatına görə, hərraclar Xammal və Əmtəə Birjasında təşkil olunur.

Sonuncu hərracda ləğv prosesində olan bir sıra bankların balansında olan avtomobillər açıq hərraca çıxarılıb.

Açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan “BankStandard”ın balansındakı 1 “Mercedes-815” yük avtomobili,1 “Fiat Doblo Cargo”, 3“Mitsubishi Lancer”, 4“Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser “Matica Z9” satılıb.

Ləgv prosesində olan “Atrabank”ın hərraca çıxarılan avtomobilləri və bank avadanlıqları dasatılıb.

2016-cı ildən bəri ölkədə 13 bank bağlanıb.Bu 2015-ci il devalvasiyalarından sonra onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun