AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq
15 Yanvar 2018
Mətni dəyiş
Bu gündən başlayaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq. Qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq. AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”. Bu qayda “Buta Airways” uçuşlarına da şamil edilir. İndiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun