Azərbaycanın Əfqanıstandakı hərbçilərinin bir hissəsi geri qayıdıb

Azərbaycanın Əfqanıstandakı hərbçilərinin bir hissəsi geri qayıdıb
26 Yanvar 2018
Mətni dəyiş

Azərbaycanın Əfqanıstandakı hərbçilərinin bir hissəsi ölkəyə qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

NATO-nun "Qətiyyətli dəstək" missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.

Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun