Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb

Azərbaycanda quraşdırılan bankomatların sayı azalıb
15 Yanvar 2018
Mətni dəyiş

Azərbaycanda ötən il dekabrın 1-nə 2 460 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, oktyabr ayı ilə müqayisədə 31 ədəd və ya 1,24% az, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə isə 6 ədəd və ya 0,24% çoxdur.

2017-cı il dekabrın 1-nə bankomatların 1327-si (keçən ilə nəzərən 0,4% artımla) Bakı şəhərində, 1133-ü (keçən ilə nəzərən 0,08% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun