Azərbaycanda ötən il fərdi yaşayış evlərinin 93%-ni vətəndaşlar tikib

Azərbaycanda ötən il fərdi yaşayış evlərinin 93%-ni vətəndaşlar tikib
17 Yanvar 2018
Mətni dəyiş
2017-ci ildə Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 599,9 min kvadratmetr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6%-ni təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumatda həmçinin deyilir ki, fərdi yaşayış evlərinin 626,7 min kvadratmetri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadratmetr olub. Evlərin 59,3%-i Naxçıvan MR-da, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun