"Azərbaycan Karlar Cəmiyyəti”nin sədr müavini ev dustaqlığına buraxılmayıb

"Azərbaycan Karlar Cəmiyyəti”nin sədr müavini ev dustaqlığına buraxılmayıb
10 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi başlayıb.

Məhkəmə hakim Samir Əliyevin sədrliyi ilə keçirilib. Tərəflər işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

M.Tulkanovun vəkili həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Bildirib ki, M.Tulkanov xəstədir, müharibə veteranıdır və əlildir. O, bunların nəzərə alınmasını xahiş edib. M.Tulkanov da vəsatəti müdafiə edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası yanvarın 17-də baş tutacaq.

Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun