Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb

“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”. 

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov siyasi partiyaların illik hesabatlarını MSK-ya göndərməyə başladıqlarını söyləyib:

“Artıq hesabatları göndərməyə başlayıblar. Biz çalışırıq bunu qaydaya salaq”.

Müstəqillik əldə olunandan indiyə qədər Azərbaycanda 6 prezident seçkisi keçirilib.

Azərbaycanda 2015-ci ildə keçirilən parlament seçkilərində seçicilərin sayının 5 milyon 93 min 289 nəfər olduğu açıqlanmışdı.