Ağ Evin həkimi: "Trump-ın əqli qabiliyyəti normaldır"

Ağ Evin həkimi: "Trump-ın əqli qabiliyyəti normaldır"
17 Yanvar 2018
Mətni dəyiş

Ağ Ev həkimi deyib ki, ABŞ prezidenti Donald Trump əla sağlamlığa malikdir.

Ronny Jackson çərşənbə axşamı bildirib ki, "Məndə onun əqli qabiliyyəti və ya neyroloji funksiyaları ilə bağlı narahatlıq yoxdur".

Keçən həftə, 71 yaşlı cənab Trump ABŞ prezidenti olduqdan bəri ilk dəfə 3 saatlıq tibbi müayinədən keçib.

Çərşənbə axşamı Ağ Evdə brifinq zamanı jurnalistlərə danışan həkim Jackson, cənab Trump-ın əqli tesdən keçdiyini və onun ümumi sağlamlığının "əla" olduğunu söyləyib.

Jurnalistlərdən biri qızardılmış toyuq və diyet kola istifadə edən və idman etməyən birinin necə belə sağlam olması sualını səsləndirib.

Həkim isə cavabında deyib ki, "Buna genetika deyilir ... Onun inanılmaz genləri var".

"Fire and Fury" kitabının müəllifi Michael Wolff-a görə isə, prezidentin Ağ Evdəki bütün köməkçiləri Trump-ı "dərhal sakitləşdirliməyə" ehtiyacı olan bir "uşaq" kimi görürlər.

Cənab Trump, Wolff-un kitabının "yalanlarla dolu" olduğunu söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun