Tufandağda itkin düşmüş alpinistlərin axtarışları davam edir

Tufandağda itkin düşmüş alpinistlərin axtarışları davam edir
28 Dekabr 2017
Mətni dəyiş

23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Abzas.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi axtarışlarda iştirak edir.

Eyni zamanda peşəkar alpinistlərdən ibarət könüllü dəstənin də axtarışlara cəlb olunduğu qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun