Tufandağ istiqamətində 3 alpinist itkin düşüb

Tufandağ istiqamətində 3 alpinist itkin düşüb
27 Dekabr 2017
Mətni dəyiş

Azərbaycanda Tufandağ istiqamətində 3 alpinist itkin düşüb.

Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namiq Bünyadov, Babur Hüseynov və Fəridə Cəbrayıldır.

Hazırda helikopterlərlə axtarış aparılır.

Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və və onlarla əlaqə kəsilib.

Xınalıqdan Ramin adlı sakin BBC Azərbaycancaya bildirib ki, dekabrın 23-də onları Tufandağ istiqamətində aparıb, sonradan onlar dəstə rəhbərlərinə dərədə olduqlarını və çadır qurduqlarını söyləyiblər. Amma sonradan onlarla əlaqə kəsilib. O əlavə edib ki, alpinistləri axtaran dəstəyə bələdçilik edərək xilasediciləri idmançıların maşından düşdükləri yerə aparıb.

"Gilavar" - hava və ekstrim idman klubu "Facebook" səhifəsində məlumat yayaraq bildirib ki, klubun üzvləri Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət ediblər:

"Dostlarımız olduqca təcrübəlidirlər və əminik ki, hər şey qaydasındadır".

Hazırda Xınalıqda olan əməkdaşımız Tufandağ istiqamətində vertolyot ucduğunu müşahidə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun