Trump-ın miqrantlarla bağlı qadağanı nəzərdə tutan fərmanı qüvvəyə minib

ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

Abzas.net xəbər verir ki, miqrasiya barədə fərman, bir neçə ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

Fərman İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur.

Digər fərmanla Donald Trump  Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

Ali Məhkəmə yekun qərar verənə qədər Trump-ın fərmanı qüvvədə olacaq.