Saakashvili Ukrayna xalqını mitinqə səslədi

Saakashvili Ukrayna xalqını mitinqə səslədi
17 Dekabr 2017
Mətni dəyiş

Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş qubernatoru, "Yeni Qüvvələrin Hərəkat" partiyasının lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakashvili ukraynalıları dekabrın 17-də Taras Şevçenko meydanında keçirilәcәk mitinqə qatılmağa çağırıb. 

Abzas.net xəbər verir, bu barədə Saakashvili özünün feysbuk səhifəsində yazıb.

Mitinqdə Ukrayna prezidenti Petro Poroshenkoya impişment tələbi səsləndiriləcək.

Saakashvili müraciətində bildirib ki, bu mitinq hakimiyyəti diktaturaya aparan son addımı atmaqdan çəkindirmək üçün vacibdir. Aksiya ölkəni fəlakətdən qurtarmaq üçün önəmlidir.

Saakashvili bildirib ki, heç bir kompromis siyasi repressiyalardan, baş prokurorun istefasından, anti-korrupsiya məhkəmələrinin və mexanizmlərinin yaradılmasından, Ukrayna Milli Anti-Korrupsiya Bürosunun işində ölkə rəhbərliyinin müdaxilәsinә son qoyulmasından artıq ola bilməz.

Saakashvili bəyan edib ki, Ukraynada diktaturanın qarşısını almaq üçün həyatından belə keçməyə hazırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun