Saakahsvili aclıq aksiyasına başlayıb

Saakahsvili aclıq aksiyasına başlayıb
9 Dekabr 2017
Mətni dəyiş

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Micheil Saakashvili müddətsiz aclıq aksiyasına başlayır.

Abzas.net xəbər verir ki, bu barədə onun vəkili Ruslan Çernolutski məlumat verib.

Saakashvili bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır və siyasi xarakter daşıyır:

“Hakimiyyət məni yalançı ittihamlarla həbs edib. Bununla sizi qorxutmaq istəyirlər”.

Ukrayna Baş prokurorluğu Saakashvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakashvili barəsində qərar çıxaracaq.

Saakashvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun