Əli Həsənovun nəvəsinə 6 il həbs cəzası verildi

Əli Həsənovun nəvəsinə 6 il həbs cəzası verildi
18 Dekabr 2017
Mətni dəyiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

Abzas.net xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

Dövlət ittihamçısı N.Allahverdiyevin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ittiham olunduğu 264-cü (hadisə yerindən qaçma) maddəsi ittihamdan çıxarılıb. Hakim bildirib ki,həmin ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə ittiham edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun