Polşa hökuməti istefaya getdi

Polşa hökuməti istefaya getdi
9 Dekabr 2017
Mətni dəyiş

Polşa hökuməti Beato Şidlo başda olmaqla istefa verib. Mərasim prezident sarayında baş tutub. Prezident Anjey Duda istefanın qəbul olunması ilə bağlı aktı Şidloya təqdim edib, eyni zamanda yeni hökumət formalaşdırılana qədər Nazirlər Kabinetinə rəhbərlik etməyi ona tapşırıb.

Prezident Duda Şidlonun işini yüksək qiymətləndirdiyini deyib: “Xanım Şidlo, iki il müddətində gördüyünüz işlərə görə sizə çox sağ olun deyirik. Polşa üçün çox zəhmət çəkmisiz. Ancaq sizin işi yaxından görənlər bilir ki, necə çətin, ağır şəraitdə çalışmış, zəhmət çəkmisız; həm fiziki, həm də psixoloji. Polşanın heç bir hökumət başçısı belə çətin, həm də sosial islahatlarda qazandığınız uğurlara görə sizin qədər qürur duya bilməz. Bu çox yaxşı xidmətdir, inanıram ki, adınız Polşa tarixinə böyük hərflərlə yazılacaq”.

Qanuna görə, baş naziri prezident təyin edir. Duda bu posta baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateyuş Moravetskinin namizədliyini irəli sürüb, kabineti formalaşdırmaq ona tapşırılıb.

Yeni kabinetə etimad göstərilməsi ilə bağlı məsələ parlamentin dekabrın 12-də keçirilən iclasında səsverməyə çıxarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun